-
- 16-04-2019, 16:13
- 30 877
Elinanın rəfiqəsinə ölüm hədə-qorxusu: “Gəlib səni məktəbdə...” – SƏS YAZISI - DİQQƏT +18 söyüş var
162 saylı orta məktəbdə özünü 3-cü mərtəbədən ataraq intihar edən Elina Hacıyevanın rəfiqəsi Züleyxa Şirinovaya həyatı ilə bağlı təhdidlər edilir.
Bununla bağlı News24.az-a açıqlama verən Z.Şirinovanın anası Leyla Şirinova, bu təhdidlərin artıq bir neçə gündür ki davam etdiyini, ana kimi övladı üçün çox narahat olduğunu deyib: “Qızım bir neçə gün əvvəl Elina Hacıyevanın sinif rəhbəri Cimnaz Mehdiyeva haqqında status yazmışdı. Bu statusdan sonra Gülnarə Həsənova adlı bir qadın onun mesencerinə təhdidlər dolu, əxlaqsız, nalayiq mesajlar göndərir. Bu mesajlar Züleyxanın messencerinə yazılır. Məktəbin həyətində gəlib səni döyəcəyəm kimi ifadələr səsləndirib, hətta məni də söyüb. Səsyazmalar var, bəzilərini sildik, amma bir neçəsini saxlamışıq. Düzünü desəm, bundan sonra qızımın həyatına görə narahat olmaga başlamışam. Artıq polisə də müraciət etmişik. Çünki qızımın həyatına görə çox narahatam. Polis hazırda həmin qadının axtarışındadır”.
Yaxın rəfiqəsi Elina Hacıyevanın ölümündən sonra sarsıntı keçirən Züleyxa Şirinova hazırda mütəmadi olaraq psixoloq yardımı alır: “Təhsil Nazirliyindən də psixoliq təklif etdilər, amma biz imtina etdik, özümüz psixoloqla danışdıq, ona sakitləşdirici dərmanlar təyin etdi. 9-cu sinifdə oxuyan qiz uşağına belə tərbiyəsiz sözlər demek olarmı? Hətta deyir ki, məktəbin həyətində döyəcək. Hazırda qızım məktəbə getmir. Evdə müəllimlər hazırlayır, məktəb ili bitən kimi qızımı 162 saylı məktəbdən çıxarıb, başqa məktəbə keçirəcəyəm. Baş verən hadisədən sorna qızımı məktəbə buraxmıram”.
Sözügedən Gülnarə Həsənovanın fotosunu və təhdid dolu səs yazısını təqdim edirik.