İntihar edən Elinanın rəfiqəsi Züleyxanı hədələyən qadın DANIŞDI - FOTO
    • 17-04-2019, 13:04
    • 3 474

İntihar edən Elinanın rəfiqəsi Züleyxanı hədələyən qadın DANIŞDI - FOTO

162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın rəfiqəsi Züleyxa Şirinovanın Gülnarə Həsənova adlı Bakı sakini tərəfindən facebook sosial şəbəkə vasitəsilə hədələndiyi xəbəri, eyni zamanda hədə dolu səsyazmaları ötən gün oxucularımızın diqqətinə çatdırmışdıq.

Baş verən xoşagəlməz olaydan yana Gülnarə Həsənova bu gün News24.az-ın redaksiyasına zəng edərək, məsələyə aydınlıq gətirməyə çalışdı: “Mən Çimnaz Hacıyevanın yazdığı statusun altında rəyə yazdım. Yazdım ki, məktəb 50 faiz günahkardısa, valideyn də 50 faiz günahkardı. Məktəb elm, valideyn isə tərbiyə verir. Məni təhqir etdilər. Onun sabahısı günü gördüm ki, kimsə mənə hədə-qorxu gəlir. Çimnaz müəllimə ilə tanış olduq. O da dedi ki, mənə görə sizə söz gəldi. Allah rəhmət etsin, mən Elina haqqında heç nə deməmişəm. O söyüşlərdə mən kiminsə adını çəkməmişəm. Çünki mən tanımırdım kimdir. Sonradan anası deyəndə ki, mənim qızımdı, 14 yaşı var, onda bildim. Sonra qızım dedi ki, bu Züleyxadı. Züleyxa da gündə saçını bir rəngə boyayır deyə, ona görə tanlmadım. Mənim ailəmdə 13-14 yaşındakı qız fecebooka girmir. Mən Züleyxanın anasına yazdım ki, sənin qızının 14 yaşı varsa, ondan üzr istəyə bilərəm. Əlimdə sübut var, hara desəniz gələ bilərəm. Mənə “idiotka” nə bilim, başqa söyüşlər yazıb. Profilində böyük qız və yanında uşaq şəkli var. Mən hardan bilim ki, bu, 14 yaşlı qızdır”.

Gülnarə Həsənova günahsız olduğunu sübut etmək üçün Züleyxa ilə facebbokda olan yazışmasını redaksiyamıza göndərib. 

Məsuliyyət daşımadığımız sözügedən yazışmaları təqdim edirik.  

Afaq MİRAYİQ