-
- 2-08-2024, 16:06
- 191
Rusiyada senator parlamentdə SAXLANILDI
Rusiyada Federasiya Şurası senator Dmitri Savelyevi toxunulmazlıqdan məhrum edib.
News24.az Modern.az-a istinadən xəbər verir ki, o, qətldə əli olmaqda şübhəli bilinərək saxlanılıb
Rusiyanın baş prokuroru Krasnov senator Dmitri Savelyevin toxunulmazlığının ləğv edilməsi təklifi ilə Federasiya Şurasına müraciət edib. O, qətl təşkil etməkdə şübhəli bilinərək saxlanılıb.
Cinayət işinin təfərrüatları açıqlanmır.
Dmitri Savelyev 2016-cı ildən hakim “Vahid Rusiya” Partiyasından Federasiya Şurasının üzvü vəzifəsində çalışır. O, əvvəllər Dövlət Dumasının deputatı olub.