Sərnişin avtobusu şəhər mərkəzində çuxura düşdü
    • Bu gün, 14:41
    • 50

Sərnişin avtobusu şəhər mərkəzində çuxura düşdü

Bakı şəhərinin mərkəzində sərnişin avtobusu çuxura düşüb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində, Bakı Musiqi Akademiyasının qarşısında baş verib.

88A marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu yolda qazılan çuxura düşüb.

Qeyd edək ki, sözügedən küçədə təmir-bərpa işləri aparılır.

Fotoları təqdim edirik: