Abşeron rayonunda QƏZA
    • 1-05-2020, 01:11
    • 767

Abşeron rayonunda QƏZA

Abşeron rayonunda sərnişin avtobusu qəzaya düşüb.

News24.az xəbər verir ki, 501 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt yolunun Masazır qəsəbəsi ərazisində hərəkətdə olarkan idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında çuxura düşərək aşıb.

Qeyd edək ki, xoşbəxtlikdən hadisə zamanı avtobusda sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır.