İranın hərbi gücü nə qədərdir? - FOTOlar
    • 6-08-2024, 09:18
    • 1 276

İranın hərbi gücü nə qədərdir? - FOTOlar

İran İsrailə cavab verəcəkmi? Dünya bu sualın cavabını gözləyir. Bəs İranın hərbi gücü nə qədərdir? 

News24.az NTV-yə istinadən xəbər verir ki, İran Yaxın Şərqdə ən böyük ordulardan birinə malikdir. Ən azı 580 min əsgəri var. Ehtiyatda olan isə 200 min əsgər də var.

Ordunun və inqilab keşikçilərinin ayrı-ayrı quru, hava və dəniz bölmələri var. İnqilab keşikçiləri İran sərhədlərinin qorunmasına cavabdehdirlər.

Baş qərargah rəisi bütün bu şöbələrin koordinasiyasını təmin edir və strategiyaların müəyyən edilməsinə də cavabdehdir.

qeyd edək ki, İnqilab Keşikçiləri Qvardiyasına Qüds qüvvələri də daxildir. Qüds qüvvələri İranın müqavimət oxu daxilində qrupların təlimi, silahlandırılması və dəstəklənməsi üzrə fəaliyyət göstərir. Bu qruplara Livandakı Hizbullah təşkilatı, İraqdakı şiə milisləri, Qəzzada Həmas və İslami cihad təşkilatları, Yəməndəki Husi milisləri daxildir.

Bu müvəkkil qüvvələrin İran ordusuna daxil olmasalar da, mümkün hücum zamanı İrana dəstək verəcəyinə diqqət çəkilir. İranın bu vəkil qüvvələrə pilotsuz təyyarələr, ballistik raketlər və qanadlı raketlər verdiyi məlumdur.

Vəkil qüvvələr arasında İrana ən yaxın olanı Livandakı Hizbullah təşkilatıdır.

Bildirək ki, İranda ordunun ali komandanı bütün mühüm məsələlərdə yekun qərarı verən dini lider Ayətullah Əli Xameneidir.

İranın onilliklər boyu hərbi strategiyası çəkindirmə siyasətinə əsaslanır. Uzaq mənzilli raketlərə, pilotsuz təyyarələrə və hava hücumundan müdafiə sistemlərinə xüsusi diqqət yetirilir.

Ordunun həmçinin hücum katerləri və kiçik sualtı qayıqları var. Bildirilir ki, İran bu donanmalarla neft daşınmasını pozmaq üçün Hörmüz boğazını və Fars körfəzini bağlamaq təhlükəsini həyata keçirə bilər.

İran Yaxın Şərqdə ən çox pilotsuz təyyarə və raketlərə sahib olan ölkələrdən biridir. O, qanadlı və gəmi əleyhinə raketlərdən əlavə ballistik raketlərə də malikdir. İran iddia edir ki, onun 2500 kilometr mənzilli Sejil raketləri saatda təxminən 17 min kilometr sürətə çata bilir.

Qeyd olunur ki, İran bu raketlərlə Yaxın Şərqdəki bütün hədəfləri, o cümlədən İsraili vurmaq gücünə malikdir.

İranın inventarında olan digər raket isə təxminən 2 min kilometr mənzilə sahib olan Xeybardır. Hacı Kasım raketinin uçuş məsafəsi 1400 kilometrdir. Bu raket adını 2020-ci ilin yanvarında ABŞ-ın hücumunda öldürülən İran İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin adından götürüb.

Hazırda müdafiə istehsalına üstünlük verilən İran öz raket və dronlarını istehsal etməyə başlayıb. 

Günel Məlikzadə