İkinci həyat yoldaşından boşandı, öldürmək istədi – Azərbaycanda qadın cinayəti
    • 26-02-2020, 11:28
    • 993

İkinci həyat yoldaşından boşandı, öldürmək istədi – Azərbaycanda qadın cinayəti

Gəncədə boşandığı qadını öldürməyə çalışan şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Gəncə Şəhər Prokurorluğunda şəhər sakini Sirati Məhərrəm Həsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.1-ci, yəni, qəsdən adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Məhəmməd Bağırovun sədrliyi ilə baxılacaq. Hazırlıq iclası 10 mart tarixinə təyin edilib. 

Qeyd edək ki, Natavan Mustafayeva Məhərrəm Siratinin ikinci həyat yoldaşı olub. Tərəflər bir müddət öncə boşanıblar. Bundan sonra kişi, ikinci həyat yoldaşı olmuş qadını öldürmək qərarına gəlib.