-
- 2-06-2019, 15:12
- 733
Azərbaycanda qalmaqallı xəstəxana rəhbəri məhkəməyə verildi
Şəki Regional Perinatal Mərkəzin rəhbəri Saniyə Məmmədova məhkəməyə verilib.
News24.az-ın məlumatına görə, rayon sakini Məmmədova Ayan Elçin qızı və bacısı Şəbnur Məmmədova xəstəxananın rəhbəri ilə yanaşı onun rəhbərlik etdiyi təşkilatı və Şəki Rayon Mərkəzi Xəstəxanasını məhkəməyə verib. Onlar qarşı tərəfdən maddi və mənəvi ziyanın ödənilməsini tələb edirlər.
Qeyd edək ki, Saniyə Məmmədova barəsində mətbuatda dəfələrlə müxtəlif məlumatlar yayılıb. Onun həbs edilməsi barədə də xəbərlər yayımlanıb.
Məmmədova bacılarının müraciətinə rayon məhkəməsində iyunun 13-də baxılacaq.