-
- 4-12-2019, 11:17
- 876
Bakıda gənc oğlandan ŞOK HƏRƏKƏT – Sevdiyi qızın anasını...
Bakıda qadını bıçaqlayan şəxslə bağlı Ali Məhkəməyə müraciət daxil olub.
News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci, yəni, qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə ittiham edilərək barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 illik həbs cəzası kəsilən Səmədov Əlibrahim Tofiq oğlu barəsindəki hökmün dəyişdirilməsi tələb edilib. İşə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ittihama görə, Səmədov qeyri-rəsmi münasibətdə olduğu Aytac Məmmədlinin anası Rübabə Məmmədovanı bıçaqlayıb.
Belə ki, Rübabə Məmmədova qızının Əlibrahim Səmədovla münasibətinə etiraz edib. Hadisə günü Əlibrahim işdən çıxan Aytacı qarşılamağa gedib. Bu zaman Aytacın anası ilə rastlaşıb və aralarında mübahisə yaranıb.
Səmədov cibində olan mətbəx bıçağı ilə Məmmədovanın sol bud nahiyəsindən bir bıçaq zərbəsi vurub.
Elan olunmuş ittihamla Səmədov özünü təqsirli bilib.
Zərərçəkmiş Məmmədova müalicəsi üçün 2000 manat xərclədiyini, zərərinin ödənilmədiyini deyib. Buna baxmayaraq Məmmədova məhkəməyə bildirib ki, təqsirləndirilən şəxsdən şikayəti yoxdur.