Azərbaycanda ana və körpə qızına qarşı İYRƏNC CİNAYƏT
    • 23-05-2019, 15:20
    • 994

Azərbaycanda ana və körpə qızına qarşı İYRƏNC CİNAYƏT

Şəki rayonunda ana və qızına qarşı cinayət törətmiş şəxs Ali Məhkəməyə müraciət edib.

News24.az
-ın məlumatına görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü, yəni soyğunçuluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə maddəsi ilə ittiham edilərək barəsində həbs-qətimkan tədbiri seçilmiş Şəki sakini Dərişov Yavər Qəhrəman oğlu Ali Məhkəmədən barəsindəki cinayət işinin yenidən araşdırılmasını və hökmün dəyişdirilməsini xahiş edib. İşə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, məlum cinayətlə bağlı Şəki rayon sakini Abdullayeva Şəfəq Nüsrət qızı və onun övladı Nuray Abdullayeva zərərçəkən şəxs qismində tanınıb. Hadisənin baş verməsinə gəlincə, Şəki rayon sakini Şəfəq Abdullayevanın həyətinə girmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Yavər Dərişov onu və qızı Nurayı öldürəcəyi ilə hədələyib və mobil telefonunu alıb.