Otel çökdü: Ölən və qapalı qalanlar var
    • Bu gün, 11:55
    • 152

Otel çökdü: Ölən və qapalı qalanlar var

Almaniyada Moselle çayı yaxınlığında yerləşən otel qismən çöküb.

News24.az xəbər verir ki, əraziyə polis və xilasetmə qrupları göndərilib və binada 14 nəfərin olduğu bildirilib.

Polisin verdiyi açıqlamada 1 nəfərin öldüyü, 8 nəfərin sıxışıb qaldığı, 5 nəfərin isə xəsarət almadan xilas olduğu bildirilib.

Qeyd edilib ki, qapalı qalan bəzi şəxslərlə əlaqə saxlamaq mümkün olub. Komandaların oteldə axtarış-xilasetmə işləri davam edir.

Günel Məlikzadə