Haniyə sui-qəsdində yeni iddia: “İsrail ABŞ-ı xəbərdar etdi”
    • 7-08-2024, 13:46
    • 261

Haniyə sui-qəsdində yeni iddia: “İsrail ABŞ-ı xəbərdar etdi”

Amerikanın “Washington Post” qəzeti iddia edib ki, İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-a sui-qəsdin arxasında dayandığını bildirib.

News24.az xəbər verir ki, “Washington Post” qəzeti bu xəbəri Ağ Evə yaxın mənbələrə əsaslanaraq yazıb.

Bayden rəhbərliyinin Haniyənin öldürülməsinə qəzəbləndiyi bildirilib. İddialara görə, bu addımın Qəzzada atəşkəs üçün aylardır davam edən danışıqları alt-üst edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Qəzet həmçinin bildirib ki, ABŞ rəsmiləri İsrailin Hizbullah və ya İran komandirlərinə qarşı sui-qəsd əməliyyatlarından əvvəl onlara məlumat vermədiyi üçün əsəbi olublar.

Qeyd edək ki,Vaşinqton Post qəzetinə danışan adı açıqlanmayan İsrail rəsmisi baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında keçən həftə telefon danışığının “gərgin” olduğunu təsdiqləyib.

Günel Məlikzadə