-
- 7-08-2024, 20:54
- 241
Zelenski Ukraynada hərbi vəziyyətin müddətini uzatdı
Ukrayna prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin daha 90 gün - noyabrın 9-na qədər uzadılmasını nəzərdə tutan qanun imzalayıb.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrayinska Pravda” nəşri məlumat yayıb.
Müəyyən edilmiş prosedura əsasən, prezident müvafiq qanunları imzalamazdan əvvəl Ali Rada hərbi vəziyyətin 90 gün, avqustun 12-dən noyabrın 9-dək uzadılmasını dəstəkləyib.
Qeyd edək ki, sonuncu dəfə dövlət başçısı Ukraynada hərbi vəziyyətin uzadılması, o cümlədən ümumi səfərbərlik müddətinin may ayında avqustun 11-dək uzadılması haqqında qanunlar imzalayıb.
Məryəm İlhamqızı