Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu
    • 7-08-2024, 20:46
    • 3 283

Restoranda yeməklərə dərman qatan aşpaz tutuldu

Müştərilərin yeməklərinə dərman əlavə edən 2 aşpaz saxlanılıb.

News24.az “Medicina”-ya istinadla xəbər verir ki, Çinin Nantune restoranında çalışan aşpazlar vaxtı keçmiş və köhnə məhsullardan yemək hazırladıqları üçün müştərilərin zəhərlənməməsi üçün yeməklərə ishal dərmanı və xüsusi toz qatırdılar ki, yemək mədə-bağırsağa neqativ təsir etməsin.

İşin üstünü işə təzə gələn işçi açıb. O mətbəxdə dərman qoxusu hiss edib və aşpazların yeməklərə nəsə səpdiyini görüb.

Hər iki aşpaz həbs edilib və restoran cərimələnib.

Aşpazlara 2 il həbs verilib.

Onların etirafına görə, 1620 yeməyə belə dərman qatıblar.