-
- 7-08-2024, 15:05
- 413
"Tesla Cybertruck" ilk ölümlü qəzasını törətdi
İlk ölümlə nəticələnən qəza Tesla markalı Cybertruck avtomobili ilə ABŞ-ın Texas ştatında baş verib.
News24.az xəbər verir ki, qəzadan sonra başlayan güclü akkumulyator yanğını avtomobilin sahibini diri-diri yandırıb. Bu qəzanın elektriklə işləyən ilk ölümcül qəza olduğu güman edilir.
Polisin məlumatına görə, ölümcül hadisə bazar ertəsi yerli vaxtla saat 1:45-də Hyustonun yaxınlığında baş verib.
Dövlət rəsmiləri bildiriblər ki, elektriklə işləyən avtomobil beton drenaj kanalına və ya suötürücüyə dəydikdən sonra alovlanıb. Sahibi avtomobildə sıxışıb və kül olub.
Həmçinin bildirilib ki, sürücü yanıq səbəbindən ilkin olaraq şəxsiyyətini müəyyən etmək mümkün olmayıb, yanğın səbəbindən avtomobilin VİN nömrəsi gizlədilib, şəxsiyyətin müəyyənləşdirilməsinə mane olub.
Eyni zamanda, Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) da ölümlə nəticələnən qəzanın səbəbini araşdırır.
Bildirək ki, sürücünün idarəetməni itirərək yoldan çıxmasına nəyin səbəb olduğu hələlik məlum deyil.
Hadisə, Tesla CEO-su İlon Maskın bir vaxtlar "qiyamətin sübutu" olaraq təriflədiyi Cybertruck-dəki təhlükəsizlik qüsurları ilə bağlı çoxsaylı qəzalardan biri kimi qeydə alınıb.
Günel Məlikzadə