-
- 25-06-2024, 23:00
- 330
"Tesla" 2 minə yaxın Cybertruck-u geri çağırır
Amerika avtomobil istehsalçısı Tesla 11 688 Cybertruck-u qabaq şüşə siləndə nasaz olduğu üçün geri çağırır.
News24.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizində deyilir.
“Tesla bəzi 2024 Cybertruck elektrik avtomobillərini geri çağırır. Həddindən artıq elektrik cərəyanı şüşə silən mühərrikinin sıradan çıxmasına səbəb ola bilər”, - mesajda deyilir.
Qeyd olunur ki, şirkət şüşə silən mühərriki pulsuz əvəz edəcək.
Əvvəllər bildirilirdi ki, Tesla nəhəng şüşə silən mühərrikində yaranan texniki problemlərə görə Cybertruck elektrik avtomobillərinin tədarükünü müvəqqəti dayandırıb. Bu şüşə silən istənilən kütləvi istehsal edilən avtomobillərin ən böyüyüdür və Cybertruck dizaynının nəticəsidir. Burada şüşə silənləri adi avtomobillərdə olduğu kimi kapot və qabaq şüşə arasında gizlətmək olmur. Bəzi Cybertruck alıcıları bir həftəyə qədər çatdırılma gecikmələri barədə məlumat verdilər. Tesla-da onlardan bəziləri gecikməni şüşə silən mühərrikindəki problemlərlə əlaqələndirib. Şirkət əmin edib ki, onlar bu komponenti bütün Cybertrucks-lərdə düzəldəcəklər.
Qeyd edək ki, Cybertruck-un nəhəng şüşə silənində problemlər bəzi müştərilərin heç bir səbəb olmadan öz-özünə işə düşdüyünü və aşağı vəziyyətdə ilişib qaldığını bildirdikdən sonra üzə çıxıb. Yəqin ki, bu qüsur elektrik yük maşınının bütün istehsal edilmiş nüsxələri üçün xarakterikdir.
Günel Məlikzadə