-
- 25-07-2024, 21:10
- 319
Tesla Cybertruck-u təmir etmək mümkün deyil
Tesla Cybertruck fərqli dizaynı və güclü korpusu ilə diqqət çəkir. Bununla belə, bir YouTuber qəzaya uğrayan elektrik yük maşınının niyə təmir edilə bilmədiyini göstərib. Həm hissələrin, həm də elektrik mühərrikinin olmaması səbəbindən təmir prosesi kifayət qədər çətindir.
News24.az xəbər verir ki, YouTube-da yayımlanan videoda Tesla Cybertruck-un təmirinin çox çətin olduğu ortaya çıxıb. Qəzaya düşən Cybertruck-u təmir etməyə çalışan YouTuber "dünyada ilk dəfə hurdaya çıxan Cybertruck-u araşdırıb. Bəs niyə avtomobilin təmiri bu qədər çətindir?
Bildirilib ki, tam elektriklə işləyən pikap bu ilin əvvəlində toqquşub və böyük ziyan dəyib. Əksər mexaniklər bu avtomobili hurdaya çıxarıblar. YouTuber isə təmir prosesini izah edərək, Cybertruck-u yenidən işə salmaq istədiyini bildirib.
Elektron sistem və ehtiyat hissələri olmadığından təmir kifayət qədər çətin olub. YouTuber-in açıqlamasına görə, elektriklə işləyən pikap qəzadan sonra iri və köhnə paslanmayan metala çevrilib.
Elektrikli nəqliyyat vasitələrinin texniki xidmət xərcləri daha az olsa da, təmir prosesinin son dərəcə çətin olduğu vurğulanıb.
Günel Məlikzadə