"Qalatasaray" fransalı futbolçu ilə anlaşdı
    • Dünən, 22:26
    • 67

"Qalatasaray" fransalı futbolçu ilə anlaşdı

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

News24.az "Report"-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə anlaşıb.

"Sarı-qırmızılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Lyuka Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 31 yaşlı oyunçu 2014-2022-ci illər aralığında Fransa millisinin heyətində 45 matçda meydanda olub.