Nikolo Zaniolodan "Qalatasaray" etirafı
    • Dünən, 23:59
    • 45

Nikolo Zaniolodan "Qalatasaray" etirafı

"Qalatasaray"dan "Atalanta"ya keçən Nikolo Zaniolo İtaliya komandası tərəfindən mətbuata təqdim olunub.

News24.az xəbər verir ki, İtaliyalı futbolçu mətbuat konfransında verdiyi açıqlamada "Qalatasaray"dakı günlərindən də danışıb.

Qalatasaray və Aston Villa təcrübəsi ilə bağlı Zaniolo, "Xaricə getmək həm futbolçu, həm də kişi kimi inkişafıma kömək etdi. İndi əvvəlkindən daha yetkinəm" dedi.

Karyerasında üçüncü əməliyyatını keçirən və meydançaya qayıdan Zaniolo, "Bazar ertəsi ilk qrup məşqini etdim. Özümü çox daha yaxşı hiss edirəm, zədəni geridə qoydum" deyib.

Qeyd edək ki, ötən mövsümü "Qalatasaray"dan icarə əsasında "Aston Villa"da keçirən Zaniolo 39 matçda İngiltərə komandasının formasını geyinib.

25 yaşlı futbolçu bu matçlarda 1290 dəqiqə meydanda olub və 3 qol vurmağı bacarıb.

Günel Məlikzadə