Kapadokya səmasında AZƏRBAYCANIN HAVA ŞARLARI
    • Bu gün, 20:05
    • 46

Kapadokya səmasında AZƏRBAYCANIN HAVA ŞARLARI

Türkiyə Kültür Yolu Festivallarının bu il yeddincisi olan, Nevşehirdə keçirilən festival çərçivəsində şəhərdə müxtəlif tədbirlər baş tutub.

News24.az xəbər verir ki, şəhərdə bu il ikinci dəfə keçirilən festival çərçivəsində dünyada hava şarı turlarının ən sıx olduğu bölgədə, pəri bacalarının üzərində maraqlı fiqurların əks olunduğu şarlar uçub.

Günün ilk işığında şarlar uçuşa hazırlaşarkən festivalın keçirildiyi əraziyə gələnlər Türkiyə ilə yanaşı, Avstriya, Azərbaycan, Belçika, Braziliya, İngiltərə, Fransa, Almaniya, Hollandiya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrədən qatılan şarları vizual olaraq izləyib.

Üzərində qurbağa, fil, tısbağa, raket, ürək, qurd, yer dəyirmanı kimi 60 fiqurdan ibarət olan şarlar Göreme qəsəbəsindən havaya qalxdıqdan sonra təxminən 45 dəqiqə vadilərin üzərində uçub.

Nevşehir valisi Əli Fidan jurnalistlərə bildirib ki, Nevşehir Mədəniyyət Yolu Festivalı çərçivəsində 500-ə yaxın tədbir keçirilib.

İsti hava şarları ilə bağlı təşkil edilən tədbirin rəngarəng görüntülər yaratdığını ifadə edən Fidan, "İsti hava balonu ilə bağlı ən əhəmiyyətli bölgə Kapadokyadır. Keçən il balon turlarına 615 min adam qatıldı. Bu il daha da artım görürük. Ötən illə müqayisədə sərnişinlərin sayında 30 faiz artım var. Bölgəmizin ən mühüm fəaliyyəti olan hava şarları şəhərimizin tanıdılmasına böyük töhfə verir", - deyə bildirib.

Qeyd edək ki, Nevşehir Kültür Yolu Festivalı çərçivəsində fiqurlu şarların uçuşu hər səhər günəş çıxanda baş tutacaq və avqustun 11-dək davam edəcək.

Məryəm İlhamqızı