Təbiət möcüzəsinə ilk dəfə belə baxılacaq - FOTO
    • 27-06-2024, 21:30
    • 279

Təbiət möcüzəsinə ilk dəfə belə baxılacaq - FOTO

Kapadokya ilə eyniləşdirilən isti hava şarları Trabzonun Çaykara rayonunda təbiət möcüzəsi olan Uzungölə daşınıb.

News24.az xəbər verir ki, Uzungöldən gənc sahibkarlar tərəfindən turizm mərkəzinə gətirilən 2 və 15 nəfərlik şarlar böyük maraqla qarşılanıb.

Kapadokyada xidmət edən bir şirkətin gətirdiyi hava şarları sınaqlardan sonra uçmağa başlayıb.

Qeyd edək ki, iplə uçan şarlar yerdən 60 metr yüksəkliyə qaldırılarkən, ad günləri, ildönümlər, evlilik təklifləri kimi tədbirlərdə şar fəaliyyətləri həyata keçirilir.

Hazırda hava və coğrafi şəraitə görə şarla sərbəst uçmaq mümkün olmasa da, sınaqların və hava ölçmələrinin davam etdiyi bildirilir.


Günel Məlikzadə