Berge üçün 23 milyon avro təklif
    • Bu gün, 13:09
    • 69

Berge üçün 23 milyon avro təklif

Transferdə adı "Fənərbaxça" ilə də hallanan Sander Berge üçün yeni iddia ortaya atılıb.

News24.az xəbər verir ki, "Mançester Yunayted"in 26 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxladığı öyrənilib.

İngiltərə mətbuatı "The Sun"da yer alan xəbərə görə, "Mançester Yunayted"in "Bernli"də çıxış edən Sander Berge üçün 23 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilir.

Qeyd edək ki, İngiltərə çempionatı komandasının norveçli yarımmüdafiəçi üçün 30 milyon avroluq transfer gözləntisinin olduğu da vurğulanıb.

"Bernli"nin heyətində 40 rəsmi oyuna çıxan Berge bu matçlarda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Günel Məlikzadə