Qruplar üzrə nə qədər plan yeri ayrılıb? - SİYAHI
    • Bu gün, 19:45
    • 46

Qruplar üzrə nə qədər plan yeri ayrılıb? - SİYAHI

Avqustun 9-da Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır. 

I ixtisas qrupunda 19990 plan yeri ayrılıb. 

Bunun 13315-i Azərbaycan, 785-i isə rus bölməsi üçün nəzərdə tutulub. 5890 plan yeri isə birgə qruplara ayrılıb. I qrupda 14407 dövlət sifarişli plan yeri ayrılıb.  dirnaq modelleri

II qrupda 14550 plan yerindən 4390-ı dövlət sifarişlidir. III ixtisas qrupunda isə 15459 plan yeri var, onun 4318-i dövlət sifarişlidir. 

IV ixtisas qrupunda 4600 plan yerindən 3135-i dövlət sifarişlidir./Modern.az