Ali məktəblərə qəbul üçün plan yeri artırıldı
    • 16-08-2022, 11:23
    • 271

Ali məktəblərə qəbul üçün plan yeri artırıldı

"Bu il tam orta təhsil bazasından məzun olanların sayı 92699 nəfərdir. Ötən il bu rəqəm 83029 idi. Yəni bu il 9670 nəfər daha çox məzun var".

News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb: " Ötən il plan yeri 49998 idi. Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur".