Zelenski: Rusiya bu acını hiss etməlidir
    • 9-08-2024, 12:27
    • 275

Zelenski: Rusiya bu acını hiss etməlidir

Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

News24.az xəbər verir ki, Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirskidən müharibənin gedişi ilə bağlı məlumat aldığını bildirən Zelenski, "Ukraynalılar öz məqsədlərinə necə çatacaqlarını bilirlər. Biz müharibədə hədəflərə çatmağı seçməmişik. Rusiya müharibəni ölkəmizə gətirib və bunun acısını hiss etməlidir”.

Rusiya ordusunun məlumatına görə, Kiyev qüvvələri çərşənbə axşamı səhər Rusiyanın cənub-qərbindəki Kursk bölgəsinə minə yaxın əsgər və 24-dən çox zirehli maşın və tank yerləşdirərək hücum edib.

Bu hücum Ukraynanın müharibə başlayandan bəri Rusiyaya qarşı ən böyük hücumu hesab olunur. Müstəqil analitiklər Kiyev qoşunlarının Rusiyaya doğru 10 kilometr irəlilədiyini ehtimal edirlər.

Günel Məlikzadə