-
- 9-08-2024, 17:04
- 432
Kurskda fövqəladə vəziyyət elan edildi - FOTO
Avqustun 6-da Ukrayna əsgərlərinin Rusiyanın cənubundakı Kursk bölgəsinə sızmasından sonra başlayan qarşıdurmalar dördüncü gündür ki, davam edir.
News24.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi şiddətli toqquşmalar səbəbindən bölgədəki vəziyyətin "federal fövqəladə vəziyyət" səviyyəsinə yüksəldildiyini bildirib.
Hücumlarda 4 nəfərin öldüyü, 66 nəfərin yaralandığı bölgədə yüzlərlə mülki vətəndaşın təxliyyə prosesi davam edir.
Qeyd edək ki, təxliyə edilənlər üçün yaradılmış 20-dən çox müvəqqəti məskunlaşma mərkəzinə ölkənin müxtəlif bölgələrindən humanitar yardımlar çatdırılır.
Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Telegram kanalında verdiyi açıqlamada regionda vəziyyətin “çətin” olduğunu bildirib.
Mülki əhalinin bölgədən çıxarılması prosesinin davam etdiyini qeyd edən Smirnov, "Təxliyyə edilənlərə yardım sistemi qurulub" dedi.
Eyni zamanda, Rusiya Müdafiə Nazirliyi bu gün verdiyi bəyanatda Ukrayna ordusuna qarşı Kursk istiqamətində əməliyyatın davam etdiyini bildirib.
Nazirliyin açıqlamasında bildirilir ki, “Mərkəzi Hərbi Qrupun birlikləri və münaqişə zonasına gələn əlavə qüvvələr, Kursk istiqamətində aviasiya və artilleriya vasitəsi ilə düşmənin irəliləmə cəhdlərinin qarşısı alınıb”.
Günel Məlikzadə