"Beşiktaş" Fransisko Montero ilə yollarını ayırdı
    • 12-08-2024, 12:27
    • 367

"Beşiktaş" Fransisko Montero ilə yollarını ayırdı

Monteronun Beşiktaş-dakı müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

News24.az xəbər verir ki, Ağ-qara klubunun açıqlaması belədi:

"Peşəkar futbolçumuz Fransisko Montero ilə müqaviləmizə qarşılıqlı razılaşma əsasında xitam verdik. Fransisko Monteroya gələcək karyerasında uğurlar arzulayaraq ictimaiyyətə təqdim edirik".

46 OYUNDA 2 QOL, 2 ASİST

2020-ci ildə Atletico Madriddən icarəyə götürülən və növbəti mövsüm transfer xidməti alan Montero Beşiktaşda 46 matçda forma geyinib. Ağ-qaralar üçün 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

25 yaşlı müdafiəçi 2022-2023 mövsümünün ikinci yarısında "Hamburq"a, 2023-2024 mövsümündə isə "Aruka"ya icarəyə göndərilib.

Günel Məlikzadə