İki yaşlı uşaq "lolipop" çubuğunu uddu
    • 13-08-2024, 20:07
    • 388

İki yaşlı uşaq "lolipop" çubuğunu uddu

Rusiyada həkimlər mədəsində yad cisim olan iki yaşlı uşağa tibbi yardım göstəriblər. 

News24.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

Az yaşlı uşağın anası daxildə yad cisim şübhəsi ilə xəstəxanaya gəlib və müayinə zamanı həkimlər onu aşkar ediblər.

Məlum olub ki, uşaq, bağçada plastik "lolipop" çubuğunu udub. 

Yad cisim endoskopiya proseduru ilə əməliyyatsız çıxarılıb. Uşağın həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Məryəm İlhamqızı