1 yaşlı uşaq çeynədiyi güldən ÖLDÜ
    • 13-08-2024, 18:17
    • 318

1 yaşlı uşaq çeynədiyi güldən ÖLDÜ

Azyaşlı qız koldan qopardığı gülü çeynəyib və ölüb. 

News24.az xəbər verir ki, Mash-ın məlumatına görə, hadisə ötən gecə Moskva yaxınlığındakı Odintsovo bölgəsinin Lipki kəndində baş verib.

Valideynlər balaca Aqatanın koldan çiçək götürüb ağzına qoymasının fərqinə varmayıblar. 

Az sonra uşaq boğulmağa başlayıb. Ana və atası təcili yardım gələnə qədər qıza kömək etməyə çalışaraq qusmağına səbəb olub. 

Gələn həkimlər onu xilas edə bilməyiblər, körpənin ürəyi dayanıb. Verilən məlumata görə, onun xroniki xəstəlikləri və allergiyası olmayıb. 

Moskva vilayətinin İstintaq Komitəsinin müstəntiqləri hadisənin baş vermə şəraitini araşdırır.

Məryəm İlhamqızı