"Fənərbaxça" Ferdi Kadıoğluna alternativ tapdı
    • 15-08-2024, 16:09
    • 263

"Fənərbaxça" Ferdi Kadıoğluna alternativ tapdı

İngiltərə Premyer Liqa komandası "Brighton"la şəxsi şərtlərlə anlaşan "Fənərbaxça" Ferdi Kadıoğluna alternativ axtarışa başlayıb.

News24.az Sacha Tavolierinin xəbərinə istinadən bildirir ki, sarı-göylü komandanın gündəmində KAA Gentdə çıxış edən Arçi Braunun olduğu iddia edilib.

"Fənərbaxça" Ferdi Kadıoğlunun gediş ehtimalını nəzərə alaraq ingilis sol cinah müdafiəçisi üçün cəhdlərini davam etdirir.

Qeyd edək ki, KAA Gent-də 47 rəsmi matça çıxan Arçi Braun bu matçlarda 4 məhsuldar ötürmə edib.

Günel Məlikzadə