-
- 15-08-2024, 16:21
- 384
"Barselona"nın ulduzunun atasına bıçaqla hücum edildi
"Barselona"nın və İspaniya millisinin gənc ulduzu Lamine Yamalın atası Mounir Nasraoui bıçaqla hücuma məruz qalıb.
News24.az İspan mətbuatına istinadən xəbər verir ki, Mounir Nasraouinin Barselona yaxınlığındakı Mataro şəhərindəki parkinq yerində dəfələrlə bıçaqlandığı bildirilib.
Nəsrauinin qonşuları ilə mübahisə etdikdən sonra bıçaqla hücuma məruz qaldığı iddia edilib.
Qeyd edək ki, Badalona şəhərindəki xəstəxanaya çatdırılan 36 yaşlı Nəsrauinin həyatı üçün təhlükə olmadığı bildirilib.
Hadisə ilə bağlı araşdırma başlatan İspaniya polisinin 3 nəfəri saxladığı qeyd edilib.
Onu da bildirək ki, “Barselona”nın son illərdə yetişdirdiyi mühüm istedadlardan biri olan Yamal 2024-cü il Avropa Çempionatında (AVRO 2024) İspaniya Milli Komandası ilə çempionluq qazanıb.
Günel Məlikzadə