Lamine Yamal XƏYANƏTƏ UĞRADI
    • 29-07-2024, 12:57
    • 447

Lamine Yamal XƏYANƏTƏ UĞRADI

İspaniya Millisinin AVRO-2024-də çempionluğa yüksəlməsində böyük rol oynayan Lamine Yamal göstərdiyi performansla diqqət mərkəzinə düşüb. La Liqa nəhəngi "Barselona"da çıxış edən gənc ulduzun hələ karyerasının başlanğıcında olmasına baxmayaraq, ən yaxşılar arasında olub-olmayacağı müzakirə olunub. 

News24.az xəbər verir ki, Avropa çempionatında rekordlar qıran Yamal şok vəziyyətlə üzləşib.

17 yaşlı ulduz futbolçu sevgilisi Aleks Padilla tərəfindən aldadıldığını sosial şəbəkədən öyrənib. Lamine Yamal İnstaqram paylaşımında sevgilisini başqa kişinin qucağında oturduğunu görüb. 

Videoda Padillanın onu lentə alan şəxsə "Axmaq, sən məni məhv edəcəksən" dediyi eşidilib. Görüntülər tez bir zamanda sosial mediada müzakirə mövzusu olub.

Xəyanətə məruz qalan Yamal sosial şəbəkədə sevgilisini izləməyi dayandırıb.

Qeyd edək ki, AVRO-2024-də çempionluq kubokunu qazanan İspaniyanın heyətində yer alan və göstərdiyi performansla bəyənilən Yamal kubok mərasiminə Aleks Padilla ilə birlikdə qatılıb.

Məryəm İlhamqızı