-
- 17-08-2024, 18:07
- 300
Ən çox satılan 10 avtomobil açıqlandı - SİYAHI
2024-cü ilin birinci yarısında (yanvar-iyun) Avropada ən çox satılan avtomobil markalarının adları açıqlanıb.
News24.az Avtosfer.az-a istinadla xəbər verir ki, ötən ili lider kimi başa vuran “Tesla Model Y” modeli bu ilin ilk yarısında ən çox satılan avtomobillərdən olsa da, siyahıda 8-ci yerə düşüb.
Belə ki, siyahının ilk pilləsində 143 min 596 ədəd satışla “Dacia Sandero” gəlir. İkinci yerdə “Volkswagen”in yenilənmiş modeli “Golf” qərarlaşıb. 2024-cü ilin ilk yarısında 126 min 993 “Qolf” satılıb. Siyahıda üçüncü yeri 114 min 623 ədədlə “Renault”nun “Clio” modeli, onu da “Volkswagen”in “T-Roc” modeli izləyir. “T-Roc” 111 min 381 ədədlə Avropanın ən çox satılan yolsuzluq avtomobili olub.
Yanvar-iyun aylarında Avropada ən çox satılan modellərin siyahısı bu cürdür:
1. “Dacia Sandero”: 143 min 596 ədəd
2. “VW Golf”: 126 min 993 ədəd
3. “Renault Clio”: 114 min 623 ədəd
4. “VW T-Roc”: 111 min 381 ədəd
5. “Peugeot 208”: 107 min 097 ədəd
6. “Skoda Octavia”: 102 min 945 ədəd
7. “Citroën C3”: 102 min 304 ədəd
8. “Tesla Model Y”: 101 min 181 ədəd
9. “Toyota Yaris Cross”: 99 min 694 ədəd
10. “Toyota Yaris”: 93 min 576 ədəd
Bu avtomobillər müxtəlif istifadəçi ehtiyaclarını qarşılmaq üçün nəzərdə tutulub və Avropa avtomobil bazarında yüksək satış rəqəmlərinə çatmaqla çox bəyənilib.