"BMW" satış rəqəmlərini açıqladı
    • 11-07-2024, 23:20
    • 1 056

"BMW" satış rəqəmlərini açıqladı

2024-cü ilin ilk yarısı üçün satış rəqəmlərini paylaşan BMW, premium avtomobil istehsalçıları arasında birinci yerdə qərarlaşıb. 

News24.az xəbər verir ki, bu gün bütün dünyada satış rəqəmlərini açıqlayan BMW, 2024-cü ilin hələlik onun üçün yaxşı bir il olduğunu sənədləşdirib. Premium avtomobil satışlarında ən yüksək rəqəmlə zirvəyə çıxan BMW, rəqibləri Mercedes və Audi-ni geridə qoyub.

Bu ilin ilk yarısında ümumi 1 milyon 96 min 486 avtomobil sataraq zirvəyə çatan BMW, premium avtomobillər arasında birinci yerdədir. Bundan əlavə, BMW modellərinin satışlarında ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz artım var.

Xüsusilə elektrikli avtomobillərdə ciddi enişlər yaşayan brendlər BMW ilə müqayisədə bir az geridə qalmış kimi görünür. Çünki BMW-nin BEV modellərinin satış rəqəmlərində ötən illə müqayisədə 22,2 faiz artım olub. Bu il şirkət birinci rübdə 107 min 933 ədəd BEV satıb və ikinci yarıda bu rəqəmi demək olar ki, iki qat artıraraq 190 min 622-yə çatdırıb.

Bundan əlavə, bu ilin birinci rübündə 66 min 638 BMW motosikleti satıldığı halda, ilin ikinci rübündə 113 min 72 motosiklet satılıb. Bu rəqəmlər ötən illə müqayisədə 2,6 faiz çoxdur.

Regional olaraq baxdığımızda, 2024-cü ilin son rübündə ən yüksək satışlar Asiya bölgəsində görülür. Şirkət göstərilən bölgədə 249 mindən çox, Avropada 232 mini və Çində 188 mindən çox avtomobil satıb. İlin birinci yarısına tam nəzər saldıqda 493 min satışla Asiya birinci, Avropa 460 min satışla ikinci, Çin isə 375 min satışla üçüncü yerdədir.

Günel Məlikzadə