Putindən Bakıda rus dili açıqlaması
    • 19-08-2024, 15:32
    • 607

Putindən Bakıda rus dili açıqlaması

“Rusiya Azərbaycanla humanitar əlaqələrə böyük əhəmiyyət verir və rus dilinin bu ölkədə inkişafına görə minnətdardır”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

“Biz Azərbaycanın rus dilinin inkişafına göstərdiyi diqqətə böyük əhəmiyyət veririk. Bu ölkədə 300 rusdilli məktəb fəaliyyət göstərir. Həmçinin Rusiyanın ən yaxşı ali məktəblərinin filialları da var. Bundan əlavə, Azərbaycandan minlərlə tələbə Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır. Bu istiqamətdə qarşılıqlı əməkdaşlığı genişləndirməyə hazırıq”, – V.Putin bildirib.