Uşağınıza bu 5 cümləni DEMƏYİN
    • 19-08-2024, 15:46
    • 297

Uşağınıza bu 5 cümləni DEMƏYİN

Uşaq psixologiyası ilə məşğul olan mütəxəssislər valideynlərə bəzi cümlələrin istifadə etməmələrini tövsiyə edirlər.

News24.az xəbər verir ki, psixoloqların fikrincə, uşağınızla ünsiyyət qurarkən istifadə etdiyiniz bəzi ifadələr onun emosiyalarını boğmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, uşağınıza deməməli olduğunuz 5 cümləni təqdim edirik:

1. Ağlamağı dayandır/Ağlama

Uşağınızın ağladığını görəndə ona ağlamamasını söyləmək istəyə bilərsiniz, lakin bu ifadə uşaqların duyğularını boğmasına səbəb ola bilər. Mütəxəssislərin fikrincə, uşaqların öz emosiyalarını ağlamaqla ifadə etməsi kifayət qədər təbii və sağlamdır.

2. Sən yaxşısan/Yaxşı

Siz övladınıza onu sakitləşdirmək üçün hər şeyin qaydasında olduğunu söyləmək istəyə bilərsiniz, ancaq istifadə etdiyiniz sözlər onun hisslərini ciddiyə almadığınız anlamına gələ bilər. Hadisə sizin üçün "kiçik" olsa belə, uşağınızın perspektivini nəzərə almağa çalışın.

3. Mən sənə demişdim

Mütəxəssislərin fikrincə, uşağınızı tənqid etmək üçün istifadə etdiyiniz ifadələr kifayət qədər yanlışdır. Uşağınızı qınamaq və utandırmaq, gələcəkdə başına pis bir şey gələndə kömək istəmələrini çətinləşdirəcək.

4. Qorxma / Qorxacaq bir şey yoxdur

Bu cür ifadələr uşaqları qorxuları ilə tək hiss etmələrinə və qorxuları ilə baş-başa qalmalarına səbəb olur. Uşağınıza qorxmamasını söyləmək əvəzinə, qorxusunun öhdəsindən gəlmək üçün ona rəhbərlik etməyə çalışın.

5. Şadlan/Bir az xoşbəxt görün

Uşağınız kədərləndiyi zaman "Şadlan" demək çox məsum bir ifadə kimi görünə bilər. Lakin mütəxəssislərin fikrincə, bu ifadə “Kədərlənmək yaxşı deyil, hər zaman sevinməlisən” mesajını verir.

Günel Məlikzadə