-
- 19-08-2024, 22:00
- 190
Anasının yaşadığı binanı yandırmağa çalışdı
Kayseridə Cem S. (17) ona pul verməyən anasının yaşadığı 2 mərtəbəli binanın kömür anbarını yandırıb.
News24.az xəbər verir ki, binada yaşayanlar vəziyyəti görüb 112 Təcili Zəng Mərkəzinə zəng edərək məlumat veriblər. Xəbər verildikdən sonra ünvana polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.
Polis bina sakinlərini təxliyə edib. Tüstüdən təsirlənən 4 nəfər təcili yardım maşınında müalicə alıb. Yanğınsöndürənlər yanğını təxminən 20 dəqiqə ərzində söndürüblər. Binanı yandıran Cem S. polis qrupları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə