-
- 19-08-2024, 13:01
- 210
17 yaşlı gənc anasının yaşadığı binanı YANDIRDI
Qorxunc anların ünvanı Türkiyənin Melikqazi mahalının Esenyurt Məhəlləsi olub.
News24.az xəbər verir ki, anasından pul istəyən Cem S. mənfi cavab aldığı üçün binanın kömür anbarını yandırıb.
Binada yaşayanlar vəziyyəti görüb, 112 Təcili Zəng Mərkəzinə zəng edərək məlumat veriblər. Xəbər verildikdən sonra ünvana polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib.
Polis bina sakinlərini təxliyə edib. Tüstüdən təsirlənən 4 nəfər təcili yardım maşınında müalicə olunub.
Yanğınsöndürənlər yanğını təxminən 20 dəqiqə ərzində söndürüblər. Binanı yandıran Cem S. isə polis qrupları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm İlhamqızı