Taylor Swift həlak olan uşaqların ailələri ilə ƏLAQƏ SAXLADI
    • 19-08-2024, 17:06
    • 250

Taylor Swift həlak olan uşaqların ailələri ilə ƏLAQƏ SAXLADI

"Eras" turu çərçivəsində Avropada konsert verən amerikalı müğənni Taylor Swiftin Vyana konsertləri ləğv edilib. 

News24.az xəbər verir ki, terror təhdidləri səbəbindən konsertlər ləğv edildikdən sonra 3 nəfər saxlanılıb. 

Vyana konsertləri ləğv edildikdən sonra Taylor Swift Londonda konsert verib.

Xatırladaq ki, ötən həftə Taylor Swift temalı rəqs kursunda 17 yaşlı yeniyetmənin bıçaqla hücumu nəticəsində 3 uşaq həyatını itirib.

Swiftin Southportda bıçaqlananların ailələri ilə əlaqə saxladığı ortaya çıxıb.

Qeyd olunub ki, səhnədə məsələ ilə bağlı açıqlama verməyən Swiftin həlak olanların ailələrinə şəxsən müraciət etdiyi məlum olub. 

Müğənni daha əvvəl sosial media hesabında baş verənlərlə bağlı kədərini bildirib.

Məryəm İlhamqızı