Taylor Sviftin 3 konserti ləğv edildi - SƏBƏB
    • Bu gün, 11:11
    • 88

Taylor Sviftin 3 konserti ləğv edildi - SƏBƏB

Məşhur amerikalı müğənni Taylor Sviftin Avstriyanın paytaxtı Vyanada verməsi gözlənilən konsertləri "hücum" narahatlığı ilə 2 nəfər saxlanıldıqdan sonra ləğv edilib.

News24.az xəbər verir ki, konsertləri təşkil edən Barracuda Music-in sosial media hesabından edilən şərhdə, "Hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan 3 konserti ləğv etməkdən başqa çarəmiz yoxdur" yazılıb.

Açıqlamada konsert biletlərinin 10 iş günü ərzində geri qaytarılacağı bildirilib.

Avstriya İctimai Təhlükəsizlik İdarəsinin baş direktoru Franz Ruf, ola biləcək hücuma hazırlıqdan xəbərdar olduqlarını ifadə edərək, saxlanılan şübhəlilərdən birinin terror təşkilatı İŞİD-ə bağlı olduğunu iddia edib.

Günel Məlikzadə