Kriştianu Ronaldunun ödəyəcəyi təzminat məbləği bəlli oldu
    • 19-08-2024, 23:46
    • 224

Kriştianu Ronaldunun ödəyəcəyi təzminat məbləği bəlli oldu

"Ən-Nəsr"in hücumçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodriqeslə ayrılacağı təqdirdə 85 min funt sterlinq ödəməli olacaq.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, cütlüyün arasında Alana Martina adlı qızları olarkən ayrılacaqları təqdirdə Ronaldunun Corcinaya 85 min funt sterlinq ödəməsi ilə bağlı müqavilə imzalanıb.

Əlavə edək ki, müqavilə 2017-ci ildə imzalanıb.