Ronaldunun koronavirus testi növbəti dəfə müsbət oldu
    • 22-10-2020, 16:04
    • 761

Ronaldunun koronavirus testi növbəti dəfə müsbət oldu

İtaliyanın "Yuventus" klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun koronavirus testi yenidən müsbət olub.

News24.az xəbər verir ki, 35 yaşlı hücumçu karantində qalmağa davam edəcək.

Forvard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya "Barselona"sı ilə görüşü buraxacaq. Turin təmsilçisi 3 gün sonra A Seriyasında "Hellas Verona"nı qəbul edəcək.

Qeyd edək ki, oktyabrın 13-də Kriştianu Ronalduda koronavirus aşkarlanıb.