Tanınmış idmançı qəfil vəfat etdi
    • 20-08-2024, 01:30
    • 271

Tanınmış idmançı qəfil vəfat etdi


Rusiyalı bodibilder və aktyor, ən mötəbər yarışlardan biri olan “Mister Olympia”nın 2 dəfə iştirakçısı Yevgeni Mişin 49 yaşında ABŞ-da vəfat edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə keçmiş amerikalı bodibilder Deyv Palumbo “Instagram” hesabında məlumat verib.

Palumbonun dediyinə görə, Mişinin nəfəsi qəfil dayanıb və gələn tibb işçiləri ona 45 dəqiqə yarım etməyə çalışsalar da, heç bir nəticə olmayıb. Ölümün səbəbi hələ müəyyən edilməyib.

2011-ci ildə peşəkar karyerasını başa vuran Mişin ABŞ-da yaşayırdı. O, reklam çarxlarında və teleseriallarda, o cümlədən “Şəhərdə güc” və “Qara siyahı” filmlərində rol alıb.