-
- 20-08-2024, 17:26
- 142
İzmiri məhv edən yanğınlarla bağlı 6 nəfər həbs edildi
Ötən gün İzmirin Karşıyaka rayonunda Yamanlar dağında baş verən yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb.
News24.az xəbər verir ki, yaşayış məntəqələri də yanğından zərər çəkib.
17 ev yanıb, 105 ev, 44 iş yeri təxliyə edilib. 3 məhəllənin boşaldılmasına səbəb olan yanğın, təxminən 1600 hektar sahədə təsirli olub.
Karşıyakada başlayan, Bayraklı və Çiğli rayonlarına yayılan meşə yanğını səbəbindən şəhərin bir çox ərazisi tüstüyə bürünüb. Genişmiqyaslı Karşıyaka yanğını ilə yanaşı, şəhərin bir çox yerində alovlar da yüksəlib. Şəhərin müxtəlif yerlərində baş verən yanğınlarla bağlı araşdırmalara başlanılıb. Bu çərçivədə Tire rayonunda 3 nəfər, Ödəmiş rayonunda 2 nəfər, Bayındır rayonunda 4 nəfər, Karşıyaka rayonunda 1 nəfər saxlanılıb.
Nəzarətə alınan 10 şübhəli polis əməliyyatlarının ardından məhkəməyə sövq edilib.
Şübhəlilərdən 6-sı həbs edilərkən, birinin Karşıyakada manqal yandırdığı müəyyən edilib.
Məryəm İlhamqızı