-
- 30-07-2024, 15:53
- 181
Meşə yanğınının səbəbi MƏLUM OLDU - ZARAFAT İMİŞ..
Kahramanmaraşın Onikişubat rayonunda baş verən və 80 hektar əraziyə təsir edən meşə yanğını ilə əlaqədar saxlanılan şübhəli həbs edilib.
News24.az xəbər verir ki, Şucatı Məhəlləsində Fırnız İstirahət Bölgəsi yaxınlığındakı meşəlik ərazidə ötən gün baş verən yanğınla bağlı Kahramanmaraş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.
Polis qrupları tərəfindən aparılan iş nəticəsində yanğına səbəb olduğu müəyyən edilən M.S. (20) saxlanılıb.
Məhkəməyə sövq edilən şübhəli, dindirildikdən sonra tutularaq həbsxanaya göndərilib.
Şübhəli ifadəsində meşə yanğınını qəsdən törətmədiyini iddia edərək, "Dostlarıma zarafat etmək üçün fişəng partlatdım. Hadisəyə görə üzr istəyirəm", - deyib.
Xatırladaq ki, iyulun 28-də Sucati məhəlləsi Fırnız İstirahət Bölgəsi yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın qrupların müdaxiləsi ilə təxminən 18 saat ərzində nəzarətə götürülüb, 80 hektar ərazi təsirlənib.
Məryəm İlhamqızı