"Neftçi"dən yeni transfer - AÇIQLAMA
    • Dünən, 20:31
    • 61

"Neftçi"dən yeni transfer - AÇIQLAMA

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az Fanat.Az-a istinadla xəbər verir ki, bu barədə klubun media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında jurnalistlərə deyib.

Klub rəsmisi oyunçunun adını açıqlamasa da, sol cinah müdafiəçisi olduğunu bildirib:

"Azarkeşlərə müşdə vermək istətirəm. Yeni transfer reallaşdırmağa yaxınıq. Hazırda futbolçu tibbi müayinədən keçir. Bu gün və ya sabah keçid rəsmən açıqlanacaq".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Premyer Liqasında 3 turdan sonra 2 xalla 7-ci pillədə qərarlaşıb.