Yəhudilər məcburi hərbi xidmətə etiraz edirlər
    • 21-08-2024, 15:52
    • 234

Yəhudilər məcburi hərbi xidmətə etiraz edirlər

Ultra-pravoslav yəhudilər İsrailin Qərbi Qüdsdə məcburi hərbi xidmət keçməsinə etiraz ediblər.

hərbi qeydiyyat idarəsinə basqın etmək istəyən nümayişçilər polisin maneəsini dəf etməyə çalışıblar.

Nümayişçilər polis baryerlərini dağıdıb, zibil qutularını aşırıblar.

Qeyd edək ki, İsrail polisi dəyənəklərlə nümayişçiləri ərazidən uzaqlaşdırmağa çalışıb.

İsrail mətbuatı Kanın xəbərinə görə, səhər saatlarından bəri baş verən hadisələrdə 3 nəfər saxlanılıb.

Xatırladaq ki, iyun ayında İsrail Ali Məhkəməsi ordunun ultra-pravoslav kişilərin hərbi xidmətə çağırılması qərarını təsdiqləyib. Kişilər və qadınlar üçün 3 illik məcburi hərbi xidmətin olduğu İsraildə əhalinin 12 faizini təşkil edən ultra-ortodoks yəhudilər hərbi xidmətdən azad edilib.

Günel Məlikzadə