Bu ölkədə məcburi hərbi xidmət müddəti uzadılır
    • 12-07-2024, 16:12
    • 199

Bu ölkədə məcburi hərbi xidmət müddəti uzadılır

İsrail hökumətinin təhlükəsizlik kabineti kişilər üçün məcburi hərbi xidmət müddətini cari 32 aydan 36 aya qədər artırmaq planını təsdiqləyib.

News24.az Ynet-ə istinadən xəbər verir ki, cümə axşamı keçirilən təhlükəsizlik kabinetinin iclasından sonra 36 aylıq qayda növbəti səkkiz il ərzində qüvvədə qalacaq.

Yeni qərarın bazar günü Nazirlər Kabinetinin iclasında səsverməyə çıxarılacağı gözlənilir.

İsrail ordusunun komandirləri, Qəzzada HƏMAS ilə müharibəni və Livanda yerləşən Hizbullah milisləri ilə qarşıdurmanı davam etdirmək üçün işçi qüvvəsini artırmalı olduqlarını vurğulayır.

Eyni zamanda, ayrı bir təşəbbüslə İsrail, həmçinin əvvəllər hərbi xidmətdən azad edilmiş minlərlə ultra-pravoslav ilahiyyatçı tələbəni hərbi xidmətə çağırmağa qərar verib.

Günel Məlikzadə