4 Hizbullah üzvü öldürüldü - RƏSMİ
    • 21-08-2024, 16:00
    • 174

4 Hizbullah üzvü öldürüldü - RƏSMİ

Hizbullah Hərəkatı İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hava hücumunda 4 üzvünün öldürüldüyünü açıqlayıb.

News24.az xəbər verir ki, bu baradə Hizbullah rəsmi Telegram hesabında açıqlama verib.

Bildirilib ki, Ayta əl-Şaab qəsəbəsindən Raid Əli Hattab, Əl-Halusiyə şəhərindən Ziyad Məhəmməd Kəşmər, Nəbatiyyə şəhərindən Əli Əhməd Dekmak və Sur şəhərindən Məhəmməd Qazi Şahin həyatını itirib.

Son hadisə ilə 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumlarda həlak olan Hizbullah üzvlərinin sayı 421-ə yüksəlib.

Günel Məlikzadə