Beyons da baş örtüsü modasını izlədi
    • 21-08-2024, 18:17
    • 189

Beyons da baş örtüsü modasını izlədi

Son albomu ilə rekord qıran müğənni Beyons mahnıları ilə yanaşı, geyimi ilə də gündəmdə olmağı bacarır.

News24.az xəbər verir ki, sonuncu dəfə Nyu-York küçələrində görüntülənən dünya şöhrətli müğənni bu dəfə də üslubu ilə diqqət çəkib.

Dəblə ayaqlaşa bilmək üçün kombinasiyalarının çoxunu çadra ilə tamamlayan adlara məşhur müğənni də qatılıb.

Beyons da baş örtüsü taxıb və Nyu-York küçələrində gəzib. 

Amerikalı müğənninin üslubu sosial mediada trend mövzusuna çevrilib.